Ölkədəki bir markanın toyuqları bakteriya şübhəsi ilə geri qaytarılıb
Fransanın məşhur markalarından olan Le Galois-un bütün toyuqlarının listeria bakteriyası daşıdığı şübhəsi ilə geri çağırıldığı bildirilib.
İnformator.az xarici mediaya istinadən bildirir ki, dövlət istehlakçı məlumat platforması bu məhsulları alan şəxslərin qidanı qəbul etməmələrini, onları yaxınlıqdakı satış nöqtəsinə gətirib çatdırmalarını, ödənişlərinin isə geri qaytarılacağını elan edib
Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üzərində təsirli olduğu bilinən Listeria bakteriyası adətən torpaqda, suda və heyvanlarda olduğu üçün qida yolu ilə insanlara yoluxur.
Qeyd edək ki, yüksək hərarət, baş ağrısı, ürəkbulanma və ishal kimi simptomlarla ortaya çıxan xəstəlik körpələrdə, yaşlılarda və immun sistemi zəif olan insanlarda ölümcül təsir göstərir.
Şəbnəm
