Ölkədən çıxışa “stop” qoyulması hansı formada tənzimlənir?
“Şəxslərin ölkədən çıxışına qadağanı icra məmurları yox, yalnızca məhkəmə qoya bilər. İcra məmuru və ya vergi orqanı isə öz növbəsində, məhkəməyə müraciət edə bilər”.
Bu sözləri İnformator.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov söyləyib. Hüquqşünasın sözlərinə gprə, məhkəmə məsələ ilə əlaqədar, vergi borcu şəxsi qanunla müəyyənləşdirilmiş qaydada dəvət edir, ona öz hüquqlarını müdafiə etmək üçün şans verir.
“Şəxs məhkəmənin qərarı ilə razı deyilsə, ondan da yuxarı olan instansiya məhkəməsinə, apellyasiya instansiyasına və ya ali məhkəməyə öz şikayətini yenidən bildirə bilər. Əgər məhkəmə baş tutubsa, lakin vətəndaşa məlumat verilməyibsə, bu halda vətəndaş məhkəmə qərarını əldə etdikdən sonra, bir ay ərzində apellyasiya məhkəməsinə müraciət edə bilər”.
Gülay Qəribova
