00:00:00
Yazar
Admin User
19.11.2025 18:36 132 1 dəq oxuma
İdman

Ölkəmizdə qadın idman jurnalistlərinin azlığının səbəbi nədir?

Ölkəmizdə qadın idman jurnalistlərinin azlığının səbəbi nədir?

Ölkəmizdə qadınları idman jurnalisti olaraq fəaliyyətdə görmək,demək olar ki,çox nadir hallarda baş verir. Bunun səbəbi bir çox məqamlarda valideynlərin qızlarının qarşısını kəsməsindən,bir çoxunda isə qızların özlərinin bundan çəkinməsindən irəli gəlir.

 

Mövzu haqqında idman jurnalisti Fəridə Abdulla "İnformator.az" a açıqlamasında bildirib ki, bu vəziyyətin yaranmasında əsas səbəbkar biz qadınların özüdür:

 

"Ölkəmizdə qadınların idman sahəsinə maraqları azdır, futbol, basketbol maçlarında azarkeş olaraq belə iştirak etmirlər. Hətta, ölkəmizin bir çox qadınları idman sahəsində kişilərdən qat-qat bacarıqlı olsa da, özlərini inkişaf etdirməyə çalışmırlar. Bu vəziyyətin bir çox hallarda səbəbi, ölkəmizdə "mentalitet" adlanan qavramaya görə əksər ailələrdə qızların uşaqlıqdan idman sahəsindən uzaq durmalı olduğunu düşünərək böyüməsidir. Lakin bunları dəyişmək mümkündür, çox şey qadınların özündən asılıdır. Bu səbəbdən idman jurnalistikasının qadınlar arasında yayılmasında qadınların rolu, əməyi böyük əhəmiyyət daşıyır".

 

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər