00:00:00
Yazar
Admin User
07.11.2023 15:56 304 2 dəq oxuma
Sosial

Ölkənin ən savadlı hüquqşünasları belə II tur imtahanından kəsilirlər

Ölkənin ən savadlı hüquqşünasları belə II tur imtahanından kəsilirlər

“Hüquqşünas məzunlarının azlığı mövcud olan problemlərdən biridir. Digər ölkələrlə müqayisədə Azərbaycanda hüquq ixtisasından məzun olanların sayı çox azdır”.

 

İnformator.az "Report"-a istinadən xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, ölkədə hüquqşünaslara xeyli tələbat var: "Aidiyyəti qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Son günlər Xankəndidə Hüquq Universitetinin yaradılması ilə bağlı təkliflər irəli sürülüb. Ölkədə hüquq elmi məktəbi kifayət qədər güclənməlidir. Xaricdə təhsil alan hüquqşünaslar elmi işlərə cəlb olunmalıdır".

 

İnformator.az sözügedən məsələ ilə bağlı Hüquq müdafiəçisi Rüfət Səfərovun fikirlərini öyrənib, hüquqşünas hüquq sahəsi üzrə məzunların az olması fikri ilə razı olmadığını bildirib.

 

"Hazırda ölkədə ən çox tələbə yetişdirən ixtisaslardan biri də hüquqdur. Hətta xatırlayıram ki, dövlət qurumlarının rəhbərlərindən biri də ölkədə hüquqşünasların çox olması məsələsini diqqətə çatdırıb. Bundan əlavə, bu gün Azərbaycanda 10-a yaxın ali məktəbdə hüquq fakültəsi mövcuddur”.

 

Rüfət Səfərov qeyd edir ki, Bakı Dövlət Universitetinin də 100 illik ənənəsi var, biz orada yetişən alimlərin, hüquqşünasların şahidiyik.

 

“Hüquqşünaslığın səviyyəsinin qaldırılması ilə bağlı işlərin görülməsi təbii ki, labüddür. Ancaq hüquqşünaslar az və savadsızdırsa, ölkənin ən savadlı hüquqşünasları Vəkillər Kollegiyasının yazılı test imtahanından uğurla keçirlər, lakin II turdan kəsilirlər. Və ya insan hüquqları ilə bağlı müdafiə tədbirlərinə görə Vəkillər Kollegiyasından xaric edilən hüquqşünaslar belə var".

 

Rüfət Səfərov Xankəndində hüquq məktəbinin yaradılması ilə bağlı da əlavələr edib:

 

"Şübhəsiz ki, Xankəndində hüquq universitetini yaratmaq, başqa universitetlərin təcrübəsindən istifadə etmək olar. Belə universitetin yaradılmasının strateji tərəfləri də var. Ancaq gələcəkdə yaradılacaq Xankəndi Hüquq Məktəbinin hüquq məzunları da qeyd etdiyim problemlərdən sığortalı deyil".

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər