Ölmək üçün səfər edilən şəhər
Hindistanın şimal-şərqindəki Varanasi hinduların müqəddəs şəhərlərindən biridir.
İnformator xəbər verir ki, Varanasinin “hinduların ölməyə gəldiyi şəhər” kimi də tanınır. Qanq çayı sahilində yerləşən şəhərə hər il minlərlə hindu ölümü gözləmək üçün gəlir. Hindular Qanq çayı sahilində yerləşən və qat olaraq tanınan beton pillələrdə yuyunaraq günahlarından təmizlənmək ya da itirdikləri yaxınlarının bədənlərini çayın sahilində yandırılması üçün bu şəhərə axın edirlər.
ölümdən sonra yandırılaraq Qanqa buraxılacağını ümid edənlər, ölüm-yaşam mərhələsindən çıxaraq cənnətə çatacaqlarına inanırlar. Buna görə də, şəhərdə ölümü gözləmək üçün bura gələn kimsəsiz yaşlıları da görmək olar.
Qatların bir çoxu yuyunmaq üçün istifadə edilir, xüsusi ilə səhər saatlarında bir çox hindu bu pillərdə Qanqa qovuşur. Qalan az saylı qat isə yandırma üçün istifadə edilir.
Bəzi xüsusi hallarda yandırılmayan cənazələr də yenə Qanqın sularına buraxılır.
