00:00:00
Yazar
Ayşən Səlimova
09.03.2026 14:34 25 1 dəq oxuma
Dünya

Ömər Çelik: Türkiyə İran dövlətinin seçiminə hörmət edir

Ömər Çelik: Türkiyə İran dövlətinin seçiminə hörmət edir

Türkiyə İran dövlətinin seçiminə hörmət edir.

 

"İnformator.az" "Hurriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik İranın yeni ali rəhbərinin seçilməsinə münasibət bildirərkən deyib.

 

"Biz İran dövlətinin iradəsinə hörmət edirik. İran sistemini də tanımaq lazımdır", - o deyib.

 

Partiya sözçüsü bildirib ki, İranada ali rəhbəri Dini Ekspertlər Şurası seçir və hər seçimlə əlaqədar oxşar müzakirələr gündəmə gəlib:

 

"Ancaq radikal siyasi dəyişikliyin liderə görə olacağını demək İranı çox tanımamaq mənasına gələ bilər. Nəhayət, hamı bu müharibənin dayanması və danışıqlar masasının yenidən qurulması axtarışına çıxacaq. Bu istiqamətdə hansısa bir hazırlıq görüldüyü də müşahidə edilir".

 

 

#hörmət #baki #ömər #edir #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər