Omanda zədələnən GFS Galaxy gəmisinin dənizçiləri xilas edilib
Omanda Hörmüz boğazında, Musandam vilayətinin sahilləri yaxınlığında qəzaya uğrayan GFS Galaxy gəmisinin 23 ekipaj üzvü xilas edilib, itkin düşən bir dənizçinin axtarışları davam etdirilir.
"İnformator.az" xəbər verir ki, bu barədə Oman Sultanlığının Dəniz Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.
"Fövqəladə hallar xidmətləri Kipr Respublikasının bayrağı altında hərəkət edən GFS Galaxy ticarət gəmisi tərəfindən verilən fəlakət siqnalına reaksiya verib, 23 heyət üzvünü xilas etmək mümkün olub", - deyə bəyanatda bildirilir.
Qeyd olunub ki, hadisə sahildən 4,4 dəniz mili məsafədə baş verib.