00:00:00
Yazar
Admin User
22.09.2023 18:45 317 2 dəq oxuma
Sosial

ONLAR İXTİSASINI ÇOX SEVİR!

ONLAR İXTİSASINI ÇOX SEVİR!

Universitetə yeni qəbul olmuş birinci kurs tələbələrlə "seçdiyiniz ixtisasdan razısınızmı?" mövzusunda sorğu keçirdik.

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Ayxan İbişovun jurnalist olmaq uşaqlıq arzusudur: "Jurnalist olmaq istəyim məktəb tədbirində aparıcı olmaqdan başlayıb. Mən arzularımın arxası ilə getməyi həmişə öndə tuturam, ona görə də yeni arzum olan Jurnalistika ixtisasına qəbul olmaq üçün çox çalışdım, əziyyət çəkdim və istədiyimə nail oldum".

 

Ayxana bu ixtisas qısa zaman ərzində yeni dünyagörüşü, yeni insanlar, yeni mühit, yeni arzular qazandırıb. Ayxan söz verir ki, yaxşı jurnalist olmaq üçün əlindən gələni edəcək:

 

"Yaxşı jurnalist olmaq üçün əlimdən gələn bütün imkanlardan düzgün istifadə edəcəm. Mən bu ixtisasa daxil olduğum üçün peşman deyiləm, hər kəsə məsləhət görəcək dərəcədə jurnalistika məndə xoş təəssürat yaradır. Gələcəkdə bu ixtisas vasitəsilə öz xalqım üçün dəyərli və sevilən biri olacağam. Eyni zamanda ədalətli davranaraq xalqımın hər zaman dəstəkçisi olacağam".

 

Növbəti həmsöhbətçimiz Bakı Dövlət Universiteti tarix fakültəsinin tələbəsi Sərvinaz Hüseynovadır. Sərvinaz seçdiyi ixtisasdan çox razıdır: "Yenə olsa, təkrar bu ixtisası seçərdim. Tarixin daha dərindən və hərtərəfli öyrədilməsi ixtisasımda ən çox sevdiyim hissədir".

 

Bakı Dövlət Universiteti Ekologiya fakültəsinin tələbəsi Rəvan Əliyev deyir ki, seçdiy ixtisasdan heç peşman deyil: "Ekologiyaya hazırda çox tələbat var. Bu ixtisasda çoxlu maraq məqam, insanlar, fərqliliklər gördüm".

 

Bakı Slavyan Universiteti Filologiya fakültəsinin tələbəsi Nurcan Rzayeva ixtisasını çox sevdiyini deyir: "Azərbaycan dili ədəbiyyət müəllimliyində oxuduğum üçün çox şanslıyam. Bu ixtisas mənə çox şeylər qatacaq. Dilimizi, ədəbiyyatımızı dərindən öyrənəcəm, gələcək şagirdlərimə öyrədəcəm".

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər