00:00:00
Yazar
Admin User
30.10.2023 16:34 356 2 dəq oxuma
Sosial

ONLAYN DƏLƏDUZLUQ

ONLAYN DƏLƏDUZLUQ

İNFORMATOR.AZ ARB 24-Ə istinadən xəbər verir ki, texnologiya inkişaf etdikcə onlayn dələduzların da sayı artır. Sosial plaformalar üzərindən insanlara öz tanışlarının adı ilə yazıb onlardan pul istəyirlər. Çoxları da həmin pulu göndərdikdən sonra məlum olur ki, ona yazan dostu deyil, dələduz imiş.

 

 


Zərərçəkən Taleh Əsədov qeyd edir ki, "məndə yaddaşda olan nömrə deyildi, amma zəng elə gəldi ki, dostumun şəkli, ad, soyadı içərisində idi. Ondan mənə də zəng gəldi, telefonu götürmək istəyəndə danışmadı. Whatsapp'a baxdım gördüm ki, yazıb ki, "kartda pul var?" deyirəm ki, "var nə lazımdı?" deyir "mənə pul lazımdı, pul atmalıyam Zamiq də yatır" hətta onun qardaşının adını da çəkir ki, "Zamiq də yatır". Üstündən biraz keçdi, başqa bir şəkil telefona qoydu. Mən həmin nömrəni yığmaq istədim, gördüm məndən zəng getmir. Sonra məni bloka atdı, mən nə ona zəng edə bildim, nə də profil şəklini görə bildim".

 

 

Belə kiberdələduzların sayı günbəgün artır. Onlar insanların şəxsi məlumatlarını əldə edərək ən çox kontaktda olduqları şəxslərlə əlaqəyə keçirlər və maraqlısı odur ki, biz özümüz bilmədən şəxsi məlumatlarımızı onlara veririk. Mütəxəssislərin sözlərinə görə, telefonumuza yüklədiyimiz tətbiqlər vasitəsi ilə mobil məlumatlarımız dələləduzlar üçün daha əlçatan olur.

 

 

İnformasiya Texnologiyaları mütəxəssisi Tural Əkbərli bildirir ki, "bu nömrələrə götürüb yaza bilirlər. Biz harasa yazılırıq, hansısa bir klinikalarmı deyək, hər- hansı obyektlərəmi deyək, mağazalaramı deyək. Bu nömrələr satılır. Bu şəkildə bunlar yayılır. Bunlar müxtəlif yerlərdə istifadə olunur. SMS servislərində istifadə olunur və biz bu nömrələri orada istifadə etdikdə o nömrələr avtomatik bizim istifadə etdiyimiz sistemlərin bazalarına düşürlər. Ola bilər ki, onların sistemində boşluq olur bu nömrələr artıq oradan sızır və bunun da nəticəsində belə hallar baş verir".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər