Onlayn lotereya təhlükəsi
Günümüzdə onlayn lotereya oyunları geniş şəkildə yayılıb. Qazanc əldə ediləcəyinə zəmanət verən bu oyunlar çox vaxt dələduzluqla nəticələnir. Təəssüf ki, bu hal onlara olan marağı hələ də azaltmır.
İKT üzrə mütəxəssis Fərrux Rəcəbli deyir ki, belə portallardan qeydiyyatdan keçərkən ilk növbətə kart məlumatlarımızın birdəfəlik, yəni məhz qeydiyyat üçün, yoxsa daimi istifadə üçün tələb edildiyinə diqqət etməliyik. Əlbəttə, portalın real olub olmadığına nəzər yetirmək də vacib məqamlardandır. Unutmayın ki, sosial şəbəkələrdə qarşınıza çıxan hər şirnikləndirici təklif pul qazandırmır. Əksər hallarda bu cür şəbəkələri heç məsuliyyətə də cəlb etmək olmur.
Qeyd edək ki, Azərbaycanda bir çox banklar belə oyunlar üçün mədaxil və məxaric proseslərini qadağan ediblər.
Nəzrin Malik
