00:00:00
Yazar
Admin User
17.10.2023 14:02 282 1 dəq oxuma
Sosial

''ONLAYN SATIŞLAR ƏNƏNƏVİ TİCARƏTƏ QALİB GƏLİR''

''ONLAYN SATIŞLAR ƏNƏNƏVİ TİCARƏTƏ QALİB GƏLİR''

Son dövrdə onlayn satışdan istifadə etməyən say-seçmə vətəndaşlar qalıb. İşimizi asanlaşdıran onlayn satış xidmətləri vətəndaşların hər birini qane edir.

 

Bütün dünyada onlayn satışa üstünlük verildiyini deyən iqtisadçı Natiq Cəfərli əlavə edir ki, onlayn ticarətin ənənəvi ticarətə qalib gələcəyi müzakirə edilir. "Ənənəvi ticarətin tədricən sıradan çıxacağı barədə ciddi araşdırmalar da var".

 

İqtisadçı onlayn ticarətin üstünlüklərindən söz açıb. "Düzgün təşkil edilmiş onlayn satış vətəndaşlar və iş adamları üçün sərfəlidir. İş adamları əlavə mağazalara, işçilərə əlavə vəsait xərcləmir. Bu isə fəalliyətin maye dəyərinin aşağı düşməsinə səbəb olur ki, onlar daha ucuz bazara mal çıxara bilirlər".

 

ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər