00:00:00
Yazar
Admin User
08.12.2025 09:06 121 1 dəq oxuma
İdman

"Onu favorit edən əsas məsələ onun oyun tərzidir"

"Onu favorit edən əsas məsələ onun oyun tərzidir"

Şahmat üzrə təcrübəli qrossmeyster Rauf Məmmədov qarşıdan gələn Rapid və Blitz formatlı turnirin favoritlərindən biri kimi göstərilir. Mütəxəssislər onun aqressiv və sürətli oyun tərzinin, eləcə də yarışın Xankəndidə keçirilməsinin əlavə motivasiya yaratdığını bildirirlər. 

 

"Rauf Məmmədov təcrübəli qrossmeysterimizdir. Çox böyük uğurları vardır, Avropa çempionudur. Təbii ki, Vüqar Həşimov Memorialında favoritlərdən biridir". 

 

Bu sözləri "İnformator.az"a açıqlamasında idman eksperti Kənan Məstəliyev deyib.

 

Ekspertin sözlərinə görə, Rauf Məmmədovun aqressiv, sürətli oyunu onu favorit edən məsələlərdən biridir : 

 

"Rauf Məmmədov, adətən, aqressiv, sürətli oynamağı ilə seçilir, müdafiəyə çox da fikir vermir, hücumameyilli oyun nümayiş etdirir. Bu oyun tərzi, adətən, vaxt az olan oyunlarda uğurlu alınır",-deyə o vurğulayıb. 

 

Ekspert əlavə edib ki, qrossmeysterimizi favorit edən digər səbəb məhz bu turnirin həm Rapidi Blitz formatında, həm də Azərbaycanda - Xankəndində keçirilməsi Rauf Məmmədovu favoritlərdən birinə çevirir, bu da işin mənəvi motivasiyasıdır.

 

Amin Cavayev

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər