00:00:00
Yazar
Admin User
07.02.2026 10:52 53 1 dəq oxuma
Dünya

Orban sərt danışıb

Orban sərt danışıb

Macarıstanın Baş naziri Viktor Orban Ukraynaya maliyyə və hərbi dəstəyin ölkəsi üçün ciddi risklər yaratdığını bildirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Orban "X" sosial media hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, hazırda əsas təhlükə Macarıstan vəsaitlərinin Ukraynaya göndərilməsidir. Eyni zamanda bu proses gələcəkdə macar gənclərinin müharibəyə cəlb olunmasına yol aça bilər.


"Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi Rusiya ilə birbaşa münaqişə deməkdir. Macarıstan bu prosesdə iştirak etmək niyyətində deyil və buna qəti şəkildə etiraz edir", - o əlavə edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər