ORDUMUZ XOCALIDADIR
Azərbaycan Ordusu Xocalıya daxil olub. Əsgərlərimizdən biri Azərbaycan bayrağını Xocalı torpağına sancıb. Bu xəbərə Azərbaycan xalqı olaraq hamımız çox sevindik, amma bu hal əslən Xocalıdan olan, öz doğma yurdunun həsrəti ilə yaşayan xocalılar üçün başqa hissdir.
Bu həsrəti yaşayanlardan biri də Gülay Bağırova Alay qızıdır. Gülay Xocalının Kosalar kəndindəndir. Atası və ailəsi 1992-ci ildə Xocalını tərk etməli olublar: "Nənəmgil bir müddət erməni əsirliyində olub və onların vəhşiliklərini bizə danışıblar. Çox şükür ki, hazırda Xocalımız bizdədir. Heyf ki, nə nənəm, nə də atam bu sevinci yaşamadan dünyadan köçdülər. Biz çalışacayıq ki, onların arzularını reallaşdıraq, tezliklə oraya qayıdıb özümüzə yuva quraq, atamızın gəzdiyi yerləri gəzib, içdiyi bulaqlardan su içək".
Gülay bu sevinci bizlərə yaşadan İlham Əliyevə, ordumuza təşəkkürünü bildirib: "Cənab Prezident İlham Əliyev başda olmaqla Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə şəfa versin".
Çinarə Muradova
