ORQAN KÖÇÜRMƏ YENİ HƏYATIN BAŞLANĞICIDIR
Böyrək çatışmazlığından əziyyət çəkən Rəhim Rəhimov yeddi il əvvəl əməliyyat edilir. Ona ikinci həyat verən isə qardaşının həyat yoldaşı olub. Bir neçə qohumu donorluq üçün yoxlanılsa da onlardan yalnız pərvanə xanım uyğun gəlib.
Müsahib deyir ki, orqan köçürmə yeni həyatın başlanğıcıdır, lakin bütün pasiyentlər Rəhim bəy kimi şanslı olmur.
Mərkəzi Gömrük Hospitalının cərrahiyyə və orqan transplantsiyası şöbəsinin rəisi Mircəlal Kazımi deyir ki, ölkəmizdə bugünə qədər 1500-ə qədər uğurlu orqanköçürmə reallaşdırılıb. Hələ ki, həkimlər qaraciyər və böyrək transpalantasiyası ilə kifayyətlənməli olurlar.
Səbəbini isə şöbə rəisi açıqayıb. "mütəxəssislər orqan çatışmazlığından həyatını itirən insanların sayını azaltmaq üçün dünyasını dəyişmiş şəxsdən donor kimi istifadənin labüd olduğunu qeyd edirlər".
Deputat Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov deyir ki, qanunvericilik canlı ilə yanaşı ölən şəxsdən də orqan götürülməsinə imkan verir. Bu işdə əsas məqam həkimlərin beyin ölümü keçirən pasiyyentə düzgün diAqnoz qoymasından asılıdır. Bununla yanaşı vətəndaşlar əzizlərinə qoyulan diaqnozun düzgünlüyünə əmin olaraq onun orqanlarından istifadəyə icazə verməlidirlər. Belə olarsa ölkədə donor bankı yaratmaq mümkün olacaq.
QASIM XULUFLU
