00:00:00
Yazar
Zəhra Həsənova
11.06.2026 17:19 77 2 dəq oxuma
Sosial

“Orta Dəhliz artan yük axını fonunda daha dayanıqlı marşruta çevrilir” - ŞƏRH

“Orta Dəhliz artan yük axını fonunda daha dayanıqlı marşruta çevrilir” - ŞƏRH

Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Yaxın Şərqdə və Körfəz bölgəsində münaqişələrin kəskinləşməsi fonunda Orta Dəhliz daha böyük strateji əhəmiyyət qazanır. O, Bakı-Tbilisi-Qars dəmir yolunun və Zəngəzur dəhlizinin bu marşrutun əsas hissələri olduğunu vurğulayıb.

 

Mövzu ilə bağlı nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev “İnformator.az”a açıqlamasında bildirib ki, dünyada baş verən müharibələr və sanksiyalar ənənəvi nəqliyyat marşrutlarının fəaliyyətinə təsir göstərərək alternativ dəhlizlərə marağı artırıb:

 

“Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar, Hörmüz boğazında yaranan risklər və dəniz marşrutlarının uzanması alternativ quru nəqliyyat dəhlizlərinə diqqəti artırıb. Bu marşrutlar arasında Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Çünki bu dəhliz sanksiyalar altında olmayan ölkələrdən keçir və artan yük axını fonunda həyata keçirilən təkmilləşdirmə layihələri sayəsində daha dayanıqlı marşruta çevrilir”.

 

Ekspert qeyd edib ki, son illərdə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədə həyata keçirilən layihələr Orta Dəhlizin imkanlarını daha da genişləndirib:

 

“Bu layihələr marşrutun uzunmüddətli fəaliyyətinə, fərqli nəqliyyat xətləri ilə inteqrasiyasına və əlavə yüklərin cəlb olunmasına şərait yaradır. Eyni zamanda Orta Dəhliz Mərkəzi Asiya, Cənubi Qafqaz, Anadolu və Yaxın Şərq ölkələrinin inteqrasiyasını gücləndirən multimodal daşınma imkanları formalaşdırır.Zəngəzur dəhlizi də bu marşrutun tamamlayıcı elementi kimi çıxış edəcək.Azərbaycanda Xəzər limanlarından qərb istiqamətində Transqafqaz dəmir yolu artıq fəaliyyət göstərir. Zəngəzur dəhlizi isə Şərqdən Qərbə daşımaların şaxələndirilməsi və mümkün risklərin azaldılması baxımından yeni imkanlar yaradacaq. Bununla yanaşı, Gürcüstanda Anakliya dərin su limanının tikintisi də Orta Dəhlizin potensialını artıracaq. Artıq yük axınının bu istiqamətə yönəldiyini müşahidə edirik və hesablamalara görə, 2029–2030-cu illərdə regiondakı layihələr tamamlandıqdan sonra yükdaşımaların həcmi bir neçə dəfə arta bilər”.

 

Ayşə Müzəfərli

#çevrilir” #yük #marşruta #artan #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər