Osimhen "Liverpool" matçında oynayacaq?
“Galatasaray” sabah Çempionlar Liqasının qrup mərhələsində "Liverpool"la qarşılaşacaq. Komandanın baş məşqçisi Okan Buruk oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, İngiltərə nəhənginə qarşı çox çətin bir matç olacağını bildirib və komandasının evdə güclü oyun sərgiləməli olduğunu vurğulayıb.
Buruk oyunçuların ümumi çıxışından razı qaldığını, liqada ardıcıl qələbələr qazandıqlarını, lakin bəzi qarşılaşmalarda performansın istənilən səviyyədə olmadığını etiraf edib. Baş məşqçi bütün oyunçularına güvəndiyini və heyətdə rotasiyalarla hər kəsin forma şansı əldə etməsinə çalışdıqlarını qeyd edib. Nigeriyalı hücumçu Victor Osimhen-in vəziyyətinə də toxunan Buruk, futbolçunun məşqlərə davam etdiyini söyləyib. O, bugünkü məşqdən sonra son qərarın veriləcəyini bildirib və Osimhenin əvvəlki matçda 10 dəqiqə meydanda olmasının müsbət göstərici olduğunu vurğulayıb.
A Haber
Mələk Nəsirli
