00:00:00
Yazar
Admin User
26.01.2026 17:22 105 2 dəq oxuma
İdman

Oyunda hakimlikdən yox, sırf futboldan danışacağıq

Oyunda hakimlikdən yox, sırf futboldan danışacağıq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçiriləcək “Liverpul” - “Qarabağ” oyunu maraq doğurur. Qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Hakim təyinatları və VAR heyəti matçın gərgin keçəcəyindən xəbər verir.

 

“Avrokuboklarda və belə vacib matçlarda hakim məsələsi mühüm faktordur. Burada ‘Qarabağ’ ‘Liverpul’ kimi rəqiblə qarşılaşır. Açıq-aşkar bilinir ki, biz daha zəif tərəfik”.

 

Bu sözləri idman jurnalisti-şərhçi Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında deyib. O qeyd edib ki, burada hakimin də rəqibin tərəfində olması işimizi çətinləşdirəcək:

 

“Biz rəqibdən əlavə hakimlə də mübarizə aparmamalıyıq. Bunu ‘Ayntraxt’ ilə olan matçda da gördük. O səviyyəyə gəlib çatıb ki, cənab Prezident İlham Əliyev də məsələyə qarışıb. Emosional çıxış və sosial şəbəkə hesablarında paylaşım edərək hakim ədalətsizliyinə qarşı çıxıb”.

 

Müsahibin sözlərinə görə, hakim bizim penalti mövqeyimizi verməyərək ədalətsizlik edib:

 

“Ümumiyyətlə, onun təyinatı səhv idi. Onun doğulub böyüdüyü şəhər ‘Ayntraxt’ şəhərindən cəmi 300 km məsafədə idi. Hətta özü almanca danışır. Belə hakimi alman komandasının oyununa təyin etmək olmaz. Bu dəfə UEFA, yəqin ki, etirazlardan sonra daha doğru addım atıb, yaxşı hakimi təyin edib. ‘Liverpul’la matçı idarə edəcək hakim adətən obyektiv idarəetməsi ilə tanınır. Sərt oyuna üstünlük verə bilir. Sarı vərəqəyə tez əl atan hakim deyil, sadə üslubda oyun idarə edir. Klub səviyyəsində bizim üçün düşərli hakimdir. Ümid edirəm ki, biz bu oyunda hakimlikdən yox, sırf futboldan danışacağıq”.

 

Zəhra Möhübbətova

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər