00:00:00
Yazar
Admin User
17.08.2025 12:30 132 1 dəq oxuma
Hadisə

Özünü jurnalist kimi təqdim edən Nəsibov tutulub

Özünü jurnalist kimi təqdim edən Nəsibov tutulub

Ağdam rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən İlhami Nəsibovu polis əməkdaşları tutub.

 

"İnformator.az" "Report"a istinadla xəbər verir ki, özünü sosial şəbəkələrdəki “Kanal-21” səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir

 

Müvafiq qərarla İ.Nəsibov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. İ.Nəsibovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər. Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər