00:00:00
Yazar
Səadət Əlizadə
17.06.2026 20:53 17 1 dəq oxuma
Siyasət

Özbəkistan Prezidenti Daşkənddə Ştaynmayerlə görüşüb 

 

Özbəkistan Prezidenti Daşkənddə Ştaynmayerlə görüşüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Daşkənddə görüşüb.

 

"İnformator.az" xəbər verir ki, görüşdə Özbəkistan-Almaniya əməkdaşlığının daha da inkişaf etdirilməsi, siyasi dialoqun gücləndirilməsi, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi və mədəni-humanitar əməkdaşlığın əsas məsələləri müzakirə olunub.

 

Dövlət başçıları hər iki tərəfin sənaye, energetika və yaşıl iqtisadiyyat, nəqliyyat və logistika, mədənçilik, tekstil, əczaçılıq, kənd təsərrüfatı, təhsil və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

 

Liderlər avtomobil sənayesi, məişət kimyası, logistika və ixtisaslı kadrların hazırlanması sahələrində yeni birgə layihə və proqramların başlanmasını alqışlayıblar. Daşkənddə II Universitet Forumunun və III Özbəkistan-Almaniya Tibb Forumunun keçirilməsini dəstəkləyiblər.

 

Tərəflər həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıb, çoxtərəfli forumlarda, o cümlədən Mərkəzi Asiya - Almaniya formatı çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşün yekununda Birgə Bəyanat qəbul edilib.

#prezidenti #ştaynmayerlə #görüşüb #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər