Özbəkistanlı professor tələbələrə mühazirə oxuyub
III Türk Dünyası Media və İncəsənət Simpoziumunun iştirakçısı, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin İnsan hüquqları və media kafedrasının müdiri, professor Nəzirə Daşpoladova tələbələrə ustad dərsi keçib.
Xarici ölkələrin jurnalistikası fənninin qonağı olan professor Özbəkistan jurnalistikası tarixi, ilk yaranan qəzet və jurnallar haqqında təqdimatla çıxış edib.
Görüşdə eyni zamanda Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Beynəlxalq jurnalistika fakültəsinin dekanı Shaxnoza Taylakova və Xarici dillər kafedrasının müdiri Gülsənəm Həsənova iştirak ediblər.
Sonda qonaqlar tələbələrin çoxsaylı suallarını cavablandırıblar.
Həcər Əmiraslanlı
.png)
