00:00:00
Yazar
Admin User
07.02.2015 06:47 356 1 dəq oxuma
Sosial

Pakistan səfiri BDU tələbələrinə mühazirə oxuyub

Pakistan Respublikasının ölkəmizdəki səfiri Xalid Usman Qayser Bakı Dövlət Universitetində olub.
Pakistan səfiri BDU tələbələrinə mühazirə oxuyub

Pakistan  Respublikasının ölkəmizdəki səfiri Xalid Usman Qayser Bakı Dövlət Universitetində olub. BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələrinə “Regionalizm və Qloballaşma: Azərbaycan və Pakistan üçün təhdidlər və həlli yolları” mövzusunda mühazirə oxuyan səfir Azərbaycan və Pakistan münasibətləri, ölkəsinin xarici siyasəti, qloballaşma haqqında danışıb. Tələbələri maraqlandıran sualları ətraflı şəkildə cavablandıran səfir onlara uğurlar arzulayıb.

Fakültənin dekanı, professor Zaynal Həsənalıyev maraqlı mühazirə üçün səfirə təşəkkür edib.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri vaxtaşırı olaraq BDU tələbələrinə mühazirə oxuyurlar. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər