00:00:00
Yazar
Aydan Əsgərxanlı
16.07.2026 20:52 22 1 dəq oxuma
Dünya

Pakistanda iki ardıcıl qanlı hücum: ölənlər var

Pakistanda iki ardıcıl qanlı hücum: ölənlər var

Pakistanın Xayber Paxtunxva əyalətində baş verən iki ayrı silahlı hücumda ən azı 3 polis əməkdaşı həlak olub, 20 nəfər yaralanıb.

 

"İnformator.az" xəbər verir ki, birinci hücumda silahlı şəxslər əyalətin Yuxarı Dir bölgəsində təhlükəsizlik qüvvələrinin karvanını hədəfə alıblar. Üç polis əməkdaşı ölüb, 15 nəfər yaralanıb.

 

Bir neçə saat sonra Bannu şəhərindəki polis qərargahına bomba yüklü maşınla ikinci hücum həyata keçirilib. Bu hücumda yaralananların ən azı 5-i polis əməkdaşıdır.


Hələlik heç bir şəxs və ya təşkilat hücumlara görə məsuliyyəti öz üzərinə götürməyib. Təhlükəsizlik qüvvələri hadisələrlə bağlı araşdırmaya başlayıb və bölgədə təhlükəsizlik tədbirləri artırılıb.

#hücum: #var #yeni #pakistanda
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər