00:00:00
Yazar
Admin User
18.09.2023 15:32 272 2 dəq oxuma
Sosial

Pandemiya yenidən qayıda bilər

Pandemiya yenidən qayıda bilər

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, son 1 ayda dünyada virusa yoluxanların sayı 38% artıb. Azərbaycanda koronavirusun yeni ştamlarının yayılması barədə rəsmi məlumat olmasa da, həkimlər əhalini diqqətli olmağa çağırır. Çünki hər yeni yaranmış ştamm özündən öncəki ştammdan daha yüngül simptomlara malik olsa da, yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olur. Bu da qısa zamanda kütləvi yoluxmalara səbəb olur.


Dünya ölkələrində koronavirusun yeni ştamlarına yoluxma sayı gün-ABŞ-da gündə 650 mindən artıq insanda Kovid aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı gözlənilir. Ruminyada hər gün iki min koronavirusa yoluxma halı qeydə alınır. Latviyada əhaliyə bir həftə evdə qalmaq tövsiyə olunub. Rusiyanın Altay vilayətində isə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb ümumiyyətlə, karantinə bağlanıb, bəzi ərazilərdə yenidən maska rejiminə keçid müzakirə mövzusudur. Almaniyada gündəlik yoluxmaların sayının son dörd həftə ilə müqayisədə iki dəfə artdığı açıqlanıb. Eris və digər alt variantlara qarşı təsirli olduğu iddia edilən yenilənmiş peyvəndlər bu gündən etibarən tətbiq olunmağa başlasa da, Fransada peyvənd kampaniyası 2 həftə erkənə alınıb.

Azərbaycana gəlincə, koronavirusun yeni ştamlarının yayılması barədə rəsmi məlumat olmasa da, həkimlər məktəblərin açılması və havaların soyumasını nəzərə alaraq artıq insanları virusa qarşı diqqətli olmağa çağırır. Xüsusilə ictimai nəqliyyatda tibbi maskadan istifadəni tövsiyə edirlər. 

Dünya Səhiyyə Təşkilatı peyvənd fonunda risk qruplarına daxil olanlara üstünlük verməyi tövsiyə edib. 

 

Aysu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər