00:00:00
Yazar
Səadət Əlizadə
16.04.2026 18:13 20 1 dəq oxuma
Media

Papuaşvili: Cənubi Qafqaz ölkələri milli maraqlarına uyğun hərəkət edir

Papuaşvili: Cənubi Qafqaz ölkələri milli maraqlarına uyğun hərəkət edir

"Bir vaxtlar qeyri-sabit hesab edilən Cənubi Qafqaz indi daha sabit və proqnozlaşdırıla bilən region halına gəlir".

 

"İnformator.az" xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında çıxışı zamanı deyib. 


Onun sözlərinə görə, bu, təsadüfi deyil, effektiv suverenliyin nəticəsidir: "Gürcüstan, Ermənistan və Azərbaycan daha çox öz milli maraqlarına uyğun hərəkət edir. Suverenliyə hörmət edildikdə sabitlik də möhkəmlənir".

#milli #papuaşvili: #yeni #maraqlarına #edir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər