00:00:00
Yazar
Admin User
10.08.2023 12:32 252 2 dəq oxuma
Sosial

"Parkovşiklər artıq qanunsuz qrup yaradıb: Sən rahat ol, sənə heç kim toxuna bilməz"

"Parkovşiklər artıq qanunsuz qrup yaradıb: Sən rahat ol, sənə heç kim toxuna bilməz"

Sahibsiz "parkovşiklər", hər gün sürücülərin cibinə girərək, yığılan vəsaiti kiməsə ötürür. Etiraf edək ki, bu "qanunsuz" "parkovşiklər"in sahibi olmasa bircə dəqiqə də orada dayana bilməzlər, çünki hər bir ərazinin polisi, nəzarətçisi var. Görünən odur ki, bu sahib ya çox güclüdür, ya da ona deyiblər ki, "sən rahat ol, sənə heç kim toxuna bilməz". Olan isə vətəndaşa olur. Hər gün minlərlə manat heç kimin görmədiyi, kimliyi bəlli olmayan "gözəgörünməzin" cibinə axır.


"Qanunsuz parkovşiklər" artıq bir mafiya halına gəliblər". Bunu nəqliyyat məslələri üzrə ekspert Elməddin Muradlı informator.az saytınad danışarkən deyib. Müsahibimiz Elməddin Muradlı "parkovşiklərin" qanunsuzluğu, cərimələrin miqdarı, onları kimlərin dəstəklədiyini və onların necə aradan çəkiləcəyi barədə məlumat verdi. Həmçinin vətəndaşların da bəzən bu haldan necə razı qaldığını bildirdi:


"Qanunsuz "parkovşiklərlə" mübarizə artıq başlayıb və illərdir davam edir. Çox təəssüflər olsun ki, onlar bu gün bir mafiya halına gəliblər, bir şəbəkə qurublar. Burada əlillərdən xüsusi olaraq, Qarabağ qazilərindən istifadə edirlər, müəyyən məsələlərin həllində hərbi geyimdə Qarabağ qazilərini qabağa verirlər."


Ekspert onların həddini aşaraq, polisə belə təzyiq göstərdiyini, Azərbaycan Yerüstü Agentliyi əməkdaşlarını hədə-qorxu ilə bu nəzərətdən çəkindirmək istədiklərini bildirdi: "Ərazidən qovurlar ki, sürücülərə hec bir məlumat verməsinlər. Hətta o qədər həyasızlaşıblar ki, onlayn qaydada ödəniş edən vətəndaşlara da qarşı çıxırlar, amma dövlətimiz bunu cavabsız qoymayacaq".

 

Müsahibimiz "Parkovşiklərin" aradan çəkilməyinə gəldikdə isə vətəndaşlar iradə göstərib pulu onlara deyil, dövlətə onlayn şəkildə ödəsə, artıq onların tədricən aradan çəkiləcəyini də əlavə etdi: "Elə hallar olur ki, dövlətə 7 manat ödəməli olan sürücülər parkovşiklərə 2 manat ödəyir və beləcə həm parkovşik, həm də sürücü razı qalır. Bunun üçün sürücüyə 10 manat cərimə gəldikdə sürücü isə ödənişi dövlətə edir, beləcə "parkovşik" oradan uzaqlaşır".


Ekspert sonunda onlara kimlərin dəstək verdiyi məsləsinə də aydınlıq gətirdi: "Bunlardan biri keçmiş polis rəisi Nizami Qocayev və Vidadi adlı naxçıvanlı şəxsdir. Bunlara özünü Qarabağ qazisi adlandıran şəxslər də daxildir".


Qeyd edek ki, ödəniş etmədən oradan uzaqlaşan sürücülərin cəriməsi 10 manat və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, küçə ticarətinə görə isə cərimə 80 manatdır.

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər