Paşinyan 28 il əvvəl 20 Yanvar haqda bunları deyib
Ermənistan Baş naziri Nikol Paşinyan 20 Yanvar faciəsi ilə bağlı 28 il əvvəl etdiyi etiraf yenidən gündəmə gəlib.
"İnformator.az" "Modern.az"a istinadla xəbər verir ki, həmin etiraf Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar çap olunan “Molorak” qəzetində çap olunub.
11 fevral 1998-ci ildə Nikol Paşinyan “Ermənilər və azərbaycanlılar – xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bildirib.
O qeyd edib ki, bu düşüncə pozğunluğu söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.
Bakıdakı faciəli 20 Yanvar barədə isə Paşinyan bunları yazıb:
“Bakıda həlak olanların, küçələrdə qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm. Yanvarın 20-də Bakıdakı qurbanların xatirəsini bir anlıq sükutla yad etdim”.
