00:00:00
Yazar
Nərmin Həşimova
01.10.2026 18:42 21 2 dəq oxuma
Siyasət

ADEX-2026: Müdafiə sənayesində Türk dünyasının yeni hədəfləri

ADEX-2026: Müdafiə sənayesində Türk dünyasının yeni hədəfləri

ADEX-2026 sərgisi beynəlxalq müdafiə sənayesi şirkətlərinin bir araya gəldiyi və yeni əməkdaşlıq imkanlarının müzakirə olunduğu mühüm platformalardan birinə çevrilib. Sərgidə müxtəlif ölkələrin nüfuzlu müdafiə sənayesi şirkətlərinin iştirakı, yeni müqavilələrin imzalanması və birgə layihələrin müzakirəsi diqqət çəkir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, ADEX artıq Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlərdən birinə çevrilib:


“ADEX-2026 sərgisi əlbəttə ki, mühüm beynəlxalq tədbirə çevrilir. Artıq neçə illərdir ki, bu sərgi Azərbaycanda keçirilir və hər il iştirak edən şirkətlərin sırası genişlənir. Bu il daha böyük və nüfuzlu şirkətlər də sərgidə təmsil olunublar. İlk dəfə olaraq ABŞ-nin və digər ölkələrin böyük müdafiə sənayesi şirkətləri də iştirak edirlər.

Sərginin əsas əhəmiyyəti yalnız müdafiə sənayesi məhsullarının nümayişi ilə məhdudlaşmır. Tədbir çərçivəsində şirkətlər arasında yeni əlaqələrin qurulması, müqavilələrin imzalanması və müxtəlif əməkdaşlıq imkanlarının müzakirəsi də həyata keçirilir. Burada həm müdafiə sənayesi məhsullarının nümayişi, həm əlaqələrin qurulması, müqavilələrin imzalanması kimi addımlar atılır. Elə dünən Türkiyənin “Baykar” şirkətinin hava hücumundan müdafiə sistemləri tərkibində olan dron əleyhinə və radar sistemləri əleyhinə avadanlıqların alınması ilə bağlı Azərbaycan və “Baykar” arasında müqavilə imzalandı. Azərbaycan “Baykar”ın məhsulunun ilk alıcısı qismində çıxış etdi”.


Politoloq qeyd edib ki, ADEX-2026 Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətlidir:


“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müdafiə sənayesində əlaqələrinin qurulması istiqamətində artıq kifayət qədər ciddi addımlar atılıb. Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan və Azərbaycan-Qazaxıstan arasında, o cümlədən Türkiyənin Mərkəzi Asiya ölkələri ilə hərbi-texniki və müdafiə sənayesi sahəsində əməkdaşlıq formatları mövcuddur.  ADEX Türk dövlətlərinin öz məhsullarını nümayiş etdirməsi, investorları cəlb etməsi və birgə layihələr üzrə razılaşmalar əldə etməsi üçün mühüm imkan yaradır. Özbəkistan, Azərbaycan və Qazaxıstanın Türkiyə ilə, eləcə də digər Türk dövlətləri ilə birgə layihələr həyata keçirməsi əlaqələrin dərinləşməsində mühüm rol oynayan amillərdəndir. ADEX bu baxımdan Türk dövlətlərinin öz məhsullarını nümayiş etdirməsi, investorları cəlb etməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı razılaşmalar əldə etməsi nöqteyi-nəzərindən önəmli tədbir kimi dəyərləndirilməlidir”.


Güllüzar Nəbili

#müdafiə #yeni #dünyasının #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər