Paşinyan işgüzar səfərlə ABŞ-yə yola düşüb
Ermənistan Baş naziri Nikol Paşinyan işgüzar səfərlə ABŞ-yəyola düşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, Ermənistan hökumətinin başçısı fevralın 19-da Vaşinqtonda "Sülh Şurası"nın ilk iclasında iştirak edəcək.
