00:00:00
Yazar
Səmayə Səftərova
01.06.2026 21:32 24 2 dəq oxuma
Siyasət

Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqlayıb

Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqlayıb

ABŞ dövlət katibi və Ermənistanın xarici işlər naziri TRIPP layihəsinin ("Tramp marşrutu") həyata keçirilməsi üzrə saziş imzalayıb və Ağ Ev rəhbəri Cənubi Qafqazı Şərqdən Qərbə enerji daşıyıcılarının tranziti üçün mühüm marşrut kimi nəzərdən keçirir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlama verib. O bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi Cənubi Qafqaz regionundan çıxmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib:

 

 

"Zəngəzur dəhlizinin indiki şərtlər çərçivəsində açılması bölgədə qüvvələr balansının köklü şəkildə dəyişməsinə gətirib çıxara bilər. Qüvvələr balansının dəyişməsi dedikdə, Rusiyanın mövqelərinin xeyli dərəcədə zəifləməsi, Türkiyə və ABŞ-nin mövqelərinin güclənməsi, eləcə də Ermənistanın Rusiya və digər təsir çevrələrindən kənarda daha müstəqil siyasət aparmaq imkanlarının genişlənməsi nəzərdə tutulur. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması İranın müəyyən manevr imkanlarının məhdudlaşmasına da səbəb ola bilər. Zəngəzur dəhlizinin hazırkı metodika ilə açılması ilə bağlı planlar da məhz bu dəyişikliklərin həyata keçirilməsinə xidmət edir. Lakin Azərbaycan bu proseslərə geosiyasi intriqaların aparılması aləti kimi yanaşmır və məsələyə birbaşa mahiyyətindən çıxış edərək münasibət bildirir. Zəngəzur dəhlizi 44 günlük Vətən müharibəsindən sonra gündəmə gələn layihələrdən biri kimi qiymətləndirilir. Azərbaycanın bu layihədə əsas hədəfləri bölgədə nəqliyyat və logistika layihələrinin tam şəkildə açılması, regionun Şərq-Qərb dəhlizi üzərində tranzit rolunun gücləndirilməsi, eləcə də ölkənin Avropa ilə əlaqələrinin daha da güclənməsi və intensivləşməsidir".

 

Ekspert vurğulayıb ki, Azərbaycan Zəngəzur dəhlizinə regionda sülhün, əmin-amanlığın və təhlükəsizliyin əsas təminat faktorlarından biri kimi baxır:

 

" Bununla belə, dəhliz ətrafında ciddi geosiyasi intriqaların mövcud olduğu qeyd olunur. Azərbaycan isə bu intriqaları qızışdırmaq və onlardan istifadə etmək niyyətində olmadığını bildirir. Azərbaycan Zəngəzur dəhlizinin imkanlarından istifadə etməklə regionda sülh və təhlükəsizliyi möhkəmləndirməyi, tranzit mövqeyini gücləndirməyi və nəqliyyat-logistika layihələrinin tam şəkildə işə düşməsinə şərait yaratmağı hədəfləyir. Bu isə ölkənin bölgədəki siyasi mövqeyinin daha da güclənməsinə səbəb ola bilər. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bütövlükdə Cənubi Qafqazın Şərq-Qərb nəqliyyat marşrutu üzərində mövqeyinin dəyişməsinə gətirib çıxara bilər. Mövcud şəraitdə region dövlətləri arasında rəqabətdən daha çox əməkdaşlıq perspektivləri görünür. ABŞ-nin dəhlizlə bağlı planlarının mövcudluğu Rusiya və İranı müəyyən əks-təsir xarakterli addımlar atmağa sövq edir. Rusiya Xarici İşlər Nazirliyi isə Cənubi Qafqaz regionundan çıxmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib. Avropa və ABŞ-nin bölgədəki maraqlarının isə nə dərəcədə davamlı və ciddi olacağı sual olaraq qalır".

 

Səmayə Səftərova

#Gündəm #Rusiya #Tramp marşrutu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər