00:00:00
Yazar
Admin User
20.01.2026 17:53 60 2 dəq oxuma
Siyasət

Paşinyan Trampın “Sülh Şurası” təklifini qəbul edib

Paşinyan Trampın “Sülh Şurası” təklifini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı yaradılan “Sülh Şurası”na qoşulmaq təklifini qəbul edib. Ermənistan tərəfi regional və beynəlxalq münaqişələrin sülh yolu ilə həllini dəstəklədiyini bildirib. Qeyd olunub ki, şuraya Türkiyə, Qazaxıstan, Özbəkistan və Rusiya prezidentləri də dəvət edilib.

 

Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Paşinyanın Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na qoşulması Ermənistan-ABŞ münasibətlərində simvolik yaxınlaşma effekti yaradır:

 

“Bu addım Vaşinqtonun Ermənistanı daha geniş beynəlxalq siyasi platformalara cəlb etmək niyyətini göstərir və İrəvan üçün diplomatik görünürlüyün artması deməkdir. Eyni zamanda, bu, Ermənistanın ənənəvi təhlükəsizlik müttəfiqləri ilə münasibətlərində müəyyən balans axtarışına girdiyini də nümayiş etdirir. ABŞ üçün isə Ermənistanın iştirakı Cənubi Qafqazdan Yaxın Şərq gündəminə qədər uzanan siyasi xəttdə yeni tərəfdaş imici formalaşdırmaq məqsədi daşıyır. Lakin bu mərhələdə söhbət real təhlükəsizlik zəmanətlərindən yox, daha çox siyasi mesajlardan gedir. Yəni münasibətlərdə keyfiyyətli sıçrayışdan çox, mərhələli yaxınlaşma müşahidə olunur. Azərbaycanın bu təşəbbüsə dəvət olunacağı halda iştirak etməsi regional sülh prosesinə daha praktik məzmun qata bilər. Bakı bu cür platformalarda iştirak etməklə sülh gündəliyini ikitərəfli münasibətlərdən çıxarıb daha geniş beynəlxalq kontekstdə təqdim edə bilər. Türkiyənin iştirakı isə şuranın regional çəkisini artıran əsas amillərdən biri ola bilər, çünki Ankara həm Qafqazda, həm də Yaxın Şərqdə real təsir imkanlarına malik aktordur. Bununla belə, “Sülh Şurası”nın hüquqi baxımdan məcburedici qərarvermə mexanizminin olmaması onun təsir imkanlarını məhdudlaşdırır. Şura daha çox məsləhətçi və siyasi koordinasiya platforması funksiyası daşıyır. Bu səbəbdən onun real nəticələri iştirakçı ölkələrin iradəsindən və paralel diplomatik proseslərlə necə uzlaşdırılacağından asılı olacaq”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər