00:00:00
Yazar
Admin User
21.08.2025 08:09 84 1 dəq oxuma
Dünya

Paşinyan: Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq

Paşinyan: Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq

Ermənistan avqustun 8-də Vaşinqtonda Azərbaycanla imzalanmış sənədlərlə yeni inkişaf mərhələsinə qədəm qoyub.

 

“İnformator.az" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

 

"Əminəm ki, bu addımla biz inkişafın yeni gündəliyinə, yeni inkişaf ölçüsünə daxil olduq. Burada işimizin məzmunu, enerjisi və səmərəliliyi daha yüksək olmalıdır. Qarşıda görüləcək çox iş var. Bu, sülhə yönəlmiş konstruktiv və yaradıcı işdir. Biz hamımız bu işə maksimum diqqət yetirməliyik", - N.Paşinyan əlavə edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər