00:00:00
Yazar
Admin User
20.09.2023 18:45 461 1 dəq oxuma
Siyasət

"PAŞİNYANI İSTEFAYA GÖNDƏRMƏK ÜÇÜN MİTİNQ BAŞ TUTACAQ!"

"PAŞİNYANI İSTEFAYA GÖNDƏRMƏK ÜÇÜN MİTİNQ BAŞ TUTACAQ!"

Bu gün saat 7-də İrəvanda müxalifətin mitinqi çağrılıb. Mitinqin məqsədi nədir?


Bu barədə politoloq Oqtay Qasımov açıqlama verib. Politoloq qeyd edib ki, məqsəd Paşinyanı istefaya çağırmaqdır: "Mitinq Paşinyanın yola salınması üçün nəzərdə tutulub".

 

Oqtay Qasımov iddia edir ki, bu hadisələrdən sonra Ermənistanda vəziyyət daha da gərginləşəcək: "Qarabağda yaranmış bu vəziyyət separatçı rejiminin təslim olması, Azərbaycan şərtlərinin qəbul edilməsi Ermənistandakı revaşist qüvvələri bir azda hökümətə qarşı sərt olmağa bəhanə verir, bundan istifadə edərək onlar hakimiyyətə qayıtmaq, Paşinyanı istefaya göndərməyə cəhd edəcəklər. Hesab edirəm ki, bu günkü mitinqdə bunlar hələ ki baş tutmayacaq. Ermənistan əhalisinin əhəmiyyət hissəsi siyasi proseslərə laqeyd yanaşır. Bu günkü mitinq növbəti anti-Paşinyan mitinqlərindən biri kimi dəyərləndirilməlidir. Hakimiyyətin dinc yolla dəyişmə imkanları kifayət qədər məhduddur".

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər