00:00:00
Yazar
Elmira Ağayeva
08.06.2026 19:52 75 4 dəq oxuma
Siyasət

Paşinyanın qələbəsi Azərbaycan-Ermənistan sülhünə mane olmayacaq”-DEPUTAT

Paşinyanın qələbəsi Azərbaycan-Ermənistan sülhünə mane olmayacaq”-DEPUTAT

Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası qalib gəlib. Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, hakim partiya səslərin təxminən 49,8 faizini toplayaraq parlamentdə çoxluğu qoruyub saxlayıb.


Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov “İnformator.az”a açıqlamasında bildirib ki, Nikol Paşinyanın qələbəsi müəyyən mənada Ermənistanın daxilində siyasi sabitliyin qismən təmin olunmasına səbəb olacaq:


“Çünki seçki öncəsi proseslər, xüsusilə də seçki qabağı kampaniya zamanı qarşılıqlı ittihamlar, qara piar, müəyyən təzyiqlər, hakimiyyət əleyhinə çağırışlar və digər məsələlər kifayət qədər geniş miqyas almaqda idi.Seçki qabağı, kampaniya zamanı hər bir tərəf özünəməxsus tərzdə bu prosesdən qalib çıxmağa çalışırdı. Amma nəzərə almalıyıq ki, Nikol Paşinyan 49,8% səs qazansa da, bu əslində tam mütləq qələbə deyil. Ona görə ki, burada konstitusional çoxluq təmin olunmayıb. Ondan sonra gələn digər namizədlər bu və digər bloku təmsil eləyirdi. Həmin partiyalar çalışacaqlar ki, öz namizədləri üzərindən parlamentdə Paşinyana təzyiq getsinlər. Mübarizə daha çox parlament daxilində özünü biruzə verə bilər ki, bu müəyyən mənada ictimai-siyasi mühitin nisbətən, yəni Paşinyan üçün elə də rəvan keçəcəyindən -keçməyəcəyindən xəbər verən bir haldır. Burada Paşinyan üçün çox çətin olacaqdır ki, istənilən vəziyyətdə Vətəndaş Müqaviləsi Partiyasının maraqlarına cavab verən qanun layihəsinin qəbul olunmasına nail olsun. Xüsusilə də indiki mərhələdə nəzərə alsaq ki, konstitusiyanın dəyişdirilməsi və digər məsələlər var. Bu mövzular ətrafında daha çox gərginliyin olacağı istisna deyil. İndi bu vəziyyətdən Nikol Paşinyan öz opponentləri ilə ümumi dil tapa biləcəkmi, yoxsa tapmaq istəməyəcək? Bu da bir başqa bir məsələdir”.

 

Azər Allahverənov qeyd edib ki, bu seçkinin nəticəsi kommunikasiyaların açılması, Zəngəzur layihəsinin işə salınması üçün çox mühüm sayıla biləcək gözləntilərdir:


“Burada bir önəmli məsələ daha çox bu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin bağlanması ilə bağlıdır. İndi biz nəzərə alsaq ki, Azərbaycanın bununla bağlı olan bir şərti bilavasitə konstitusiyada dəyişikliyin edilməsi ilə bağlıdır ki, yalnız bundan sonra sülh müqaviləsinə bağlanması mümkün ola bilər. Yəni ən böyük gözləntilər məhz bu müstəvidə Paşinyan üçün nəticələrin əldə olunmasıdır ki, bu da bütövlükdə Azərbaycan-Ermənistan münasibətlərinin indiki cərəyan etdiyi pozitiv bir ab-havası parlament seçkilərindən sonra da inkişaf etdiriləcək. Paşinyanın parlamentdə konstitusional çoxluq qazanmaması,həmin iki ölkə arasında münasibətlərin normallaşdırılması və həmin o konstitusiya dəyişikliyin edilməsi ilə bağlı olan proseslərə əngəl yaratmayacaq. Çünki burada ön məsələ parlament səviyyəsində konstitusiyanın dəyişdirilməsinə dair qərarın qəbul olmasıdır. Amma dəyişdirilməsi ilə bağlı yeni konstitusiyanın qəbul olunması ilə bağlı referendum keçirilməsinə dair qərar qəbul edilməlidir. Bu qərarın əldə olunmasında Paşinyan şübhəsiz ki, çətinlik çəkə bilər. Bu da iki ölkə arasında münasibətlərin arzu olunan səviyyədə normallaşdırılmasına gətirib çıxartmalı olan bir məsələdir. Əgər bu referendum keçirilməsi ilə bağlı Ermənistan Parlamenti qərar qəbul etmirsə, bu artıq iki dövlət arasında sülh müqaviləsinin bağlanmasına maneçilik törədir. Amma  Zəngəzur, TRIPP layihələri və digər kommunikasiyaların istifadəyə verilməsi, vətəndaş cəmiyyət institutları arasında təmaslar, eyni zamanda digər spektrlərin də bu prosesə cəlb olunması, əsas gözləntilərdir. Bu istiqamətdə müəyyən müsbət nəticələr əldə olunacaqdır”.

 

Həmçinin əlavə edib ki,  Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyasının  qələbəsi sülhə maneçilik yaratmayacaq:


“Əksinə o sülhün əldə olunmuş dayaqlarının daha da güclənməsinə xidmət edən bir siyasətin yürüdürülməsinə gətirib çıxaracaqdır. Bu siyasətin də önəmli tərəfi məhz yeni konstitusiyanın qəbul olunmasıdır ki, orada ərazi iddiaları olmasın. Bu vəziyyətdə Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyası necə çıxacaqdır? Bu gün önəmli olan məsələ parlament seçkilərində qələbə qazanmaqla yanaşı, həm də sonrakı mərhələdə sülh istiqamətində səylərin artırılması və o cümlədən də, konstitusiyanın dəyişdirilməsinə dair referendum keçirilməsinə nail olmaqdır. Burada həm Ermənistanın daxilində gedən proseslər, bu və digər formada özünü göstərmiş oldular. Həm də ki, Ermənistanla bağlı münasibətdə Avropa İttifaqı, ABŞ, Rusiya və digər dövlətlərin hansı təsir imkanlarına malik olacağından irəli gələn bir haldır. Müəyyən mənada Paşinyanın həm xeyrinədir, həm də müəyyən mənada da Paşinyanın əlavə siyasi manevrlər etmək üçün çox əlverişli bir şəraitin yaradılmasına gətirib çıxarda bilər.
Azərbaycanın bu gün müəyyən etdiyi sülh gündəliyi birmənalı şəkildə, həm də Ermənistanın milli maraqlarına cavab verir. Tez bir zamanda ölkəni qonşularla yaxından əməkdaşlıq etməyə vadar eləyə biləcək bir yanaşmadır. Paşinyan və onun tərəfdarları bunu başa düşürlər. Amma bunu istəməyən qüvvələr də var ki, parlamentdə kifayət kifayət qədər böyük fraksiya ilə təmsil oluna bilərlər. Bu güclü Ermənistan bloku ola bilər ki, bu ikisinin toplamda səsi təqribən  30%-dən artıqdır. Müəyyən təsir məhz onların əlində  qazandığını göstərir. Bir növ Paşinyanın partiyası qələbə çalsa da belə bir sıra rıçaqları parlament daxilində Paşinyan itirib.Yəni bu tam mütləq qələbə deyil. Qələbə olsa da, mütləq qələbə yoxdur. Ona görə də, parlament daxilində gedən proseslər, həm də müdaxilələrin təsiri altında cərəyan edəcəyi istisna deyil”.


Nuray Əliyeva

#Ermənistan #Paşinyan #seçkilər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər