“Patı” kimi məşhurlaşan maddəni, qadınlara arıqlama vasitəsi kimi təqdim edirlər
"Son dövrlərdə insanların sosial şəbəkələrə marağı daha çoxdur. Bunun bir səbəbi isə insanların daxili boşluğunun olmasından irəli gəlir. Özünə qapalı insanlar sosial şəbəkələrə daha çox ehtiyac duyurlar. Orda olan tanışlıqlar, reklamlar onları daha çox cəlb edir".
Bu sözləri İnformator.az-a açıqlamasında psixoloq Aynur İsmayılova söyləyib. Psixoloq deyir ki, bəzən “patı” qurbanlarının çoxu məhz onlar olur.
"Çünki orada reklam edilən hər bir şey onların marağına səbəb olur. “Patı” kimi məşhurlaşan bu maddəni, qadınlara arıqlama vasitəsi kimi təqdim edirlər. Qadınlar çəkilərindən azad olmaq üçün, arıqlama dərmanı adı altında satılan bu maddədən istifadəyə sövq olunurlar. Bu maddə vitamin, arıqlama tabletləri kimi reklam olunur. Bu maddəni arıqlamağın daha rahat yolu olaraq görürlər. Əslində, qadınları manipulyasiya edən tərəfi elə budur. Bütün dünyada olduğu kimi bizdə də, çəki problemləri var. Bu isə qadınları daha çox narahat edir. Ona görə də, arıqlama tableti adı altında satılan bu maddə onları daha çox cəlb edir. Bəzən insanlar öz boşluqlarını doldurmaq üçün istifadə edə bilirlər. Sosial şəbəkədən istifadə nə qədər çox olarsa, onların da sayı çox olacaq".
Səriyyə Tağıyeva
