Pavilyondan kənarda avtobus gözləyən sərnişinlər
Dayanacaq yerləri müəyyənləşib, pavilyonlar da qoyulub, amma sərnişin üçün yox, pul qazanmaq üçün.
Xırdalandakı dayanacaqlardan birindəyik. Burada olduğumuz müddətdə heç bir sərnişinin demək olar ki, gəlib dayanacaq pavilyonunda əyləşdiyini görmədik. Ona görə ki yanında olan köşkün soyuducuları pavilyonun qarşısında qoyulub. Elə bu səbəblə də sərnişinlər pavilyonda deyil, kənarda gözləməli olurlar.
Bu vəziyyət Xırdalanın demək olar bütün dayanacaqlarında yaşanır. Funksiyası avtobus gözləyən insanları yağıntıdan, küləkdən və günəşdən qorumaq olan pavilyonlarda əsas çətinlik yay aylarında özünü göstərir. Suların və dondurmaların yığıldığı soyuducular dayanacağın birbaşa pavilyon hissəsinə qoyulur, sərnişin isə onun üçün nəzərdə tutulan yerdən məhrum qalır. Avtobusların qrafikini dəyişdiyi, intervalın daha da artdığı isti günlərdə sərnişin uzun müddət günəşin, küləkli günlərdə tozun-torpağın qarşısında dayanmağa məcburdur.
Abşeron rayon İcra Hakimiyyətindən bildirildi ki, qanunsuz küçə ticarəti, dayanacaqların zəbt olunması və təmizlik işləri ilə əlaqədar mütəmadi reydlər keçirilir və qeyri-qanuni fəaliyyət faktları aşkar edildikdə onlara qarşı dərhal müvafiq tədbirlər görülür. Bu kimi halların yenidən yaşanmaması üçün maarifləndirmə işləri həyat keçirilir.
