00:00:00
Yazar
Admin User
16.11.2025 18:43 222 3 dəq oxuma
Sosial

Payız tətili məktəblilərə nə qazandırır?

Payız tətili məktəblilərə nə qazandırır?

"Bu gündən məktəblərdə payız tətili başlayır və dərs prosesi qısa müddətlik dayanır. Son günlərdə siniflərdə həm yorğunluq, həm də tətilə hazırlaşma ab-havası hiss olunurdu. Şagirdlər bu fasiləni istirahət və sevdikləri məşğuliyyətlərə vaxt ayırmaq imkanı kimi görür, valideynlər isə onu uşaqların psixoloji yüklənməsinin azalması baxımından vacib sayırlar. Müəllimlər və təhsil mütəxəssislərinin müşahidələri də payız tətillərinin tədris ilində önəmli bir nəfəsalma rolu oynadığını göstərir".

 

Mövzu ilə bağlı "İnformator.az" xəbər saytı olaraq müəllim, valideyn, şagird və adiyyəti şəxlərin fikirlərini öyrəndik.

 

Payız tətilinin şagirdlər üçün müsbət tərəflərindən danışan Şirvan Şəhər 10 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Rza da bu günü səbrsizliklə gözləyənlərdəndir:

 

"Tətil öncəki dərsimdə xüsusi bir sevinc hiss olunur. Şagirdlər bu müddətdə edəcəkləri işlərlə bağlı söhbətlər edirdilər. Təbii ki, şagirdlərə tətil müddətində əlavə tapşırıqlar verilir ki, keçdikləri mövzuları təkrar edib daha da möhkəmləndirsinlər.

Tətil sonrakı həftə ilk dərslərdə şagirdlər, adətən, adaptasiya olması çətin olmur, növbəti günlərdə artıq daha da dərs rejimə qayıda bilirik. Tətil siyasətini məqsədəuyğun qiymətləndirirəm, şagirdlərdə arada istirahət etmək təlabatı yaranır və bu tətillər sanki onu tənzimləyir",-deyə o bildirib.

 

Tətildə övladlarının daha əyləncəli vaxt keçirəcəyinə inanan Şirvan Şəhər sakini Günay Əliyeva isə bu müddətdə valideyn məsuliyyətinin önəmini vacib hesab edir:

 

"Övladlarım tətillərdə əylənməyi, öz maraq dairələrinə uyğun işlər görməyi çox sevirlər, lakin dərslə məşğul olmağı sevmirlər. Onların əla oxumaları üçün mən daha çox səy göstərirəm. Valideyn məsuliyyəti daha çox önəmlidir. Təbii ki, burada valideyn və uşağın rolu çox böyükdür. Əgər bu iki şəxs məsuliyyətsizlik edibsə, psixoloji yüklənmə daha da çoxalır. Çünki mənimsənilməyən bütün elmlər zaman keçdikcə çoxalır. Bu da uşağın buraxdığı boşluqları doldurmaq üçün qısa zaman ərzində daha səylə çalışmasına səbəb olur. Ona görə də, hər şey vaxtında öyrənilməlidir ki, tətili də istirahət kimi keçirəsən. Əlbəttə, tapşırıqlar olmamalıdır. Çünki adı üstündə bu, tətildir. Sadəcə, düzgün qurulmayan sistem var ki, hər şey o sistemə görə çox bərbaddır",-deyə o qeyd edib.

 

Şagirdlərin isə fikirləri fərqlidir, kimisi tətildə dərs oxumağı, kimi isə yalnız əylənməyi daha üstün tutur. Elə məhz Sabirabad rayon Şəhid Cəlal Xəlilov adına Çığırğan kənd tam orta məktəbin 6-cı sinif şagirdi Toğrul Məmmədov kimi:

 

Toğrul tətil zamanı daha çox dərslərini oxumağı, biliklərini artırmağı məqsədəuyğun hesab edir.

 

Təhsil eksperti Rizvan Fikrətoğlu isə payız tətilinin önəmindən və beynəlxalq standartlara uyğunluğundan bəhs edib:

 

"Azərbaycanda payız tətilinin müddəti beynəlxalq təcrübəyə uyğundur. Bu müddət demək olar ki, digər ölkələrdə olan payız tətilləri ilə eynilik təşkil edir. 

 

Bundan əlavə, payız tətilləri tədris ilinin səmərəliliyini artıran mühüm pedaqoji alətlərdən biri hesab olunur. Bu qısa tətillərin əhəmiyyəti həm psixoloji, həm də akademik baxımdan özünü göstərir. Bu, uşaqlarda, o cümlədən müəllimlərdə motivasiya yaradır. Təbii ki, nəticə olaraq, şagird və müəllimlər tətildən sonra dərslərə daha da məsuliyyətli yanaşırlar",-deyə o, fikirlərini yekunlaşdırıb.

 

Mayıl Soltan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər