00:00:00
Yazar
Lalə Qafarova
19.10.2026 22:55 37 2 dəq oxuma
Sosial

Paytaxt yollarında təmir işləri

Paytaxt yollarında təmir işləri

Paytaxtda yol infrastrukturunun yenilənməsi çərçivəsində təmir-bərpa işləri davam etdirilir. Bununla əlaqədar bəzi istiqamətlərdə avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Məhdudiyyətin hansı əraziləri əhatə etdiyini AzTV Xəbərin əməkdaşı Lalə Qafarovanın reportajından biləcəksiniz.

 

TİTR: LALƏ QAFAROVA - MÜXBİR

STAND-UP: Paytaxtın gərgin nəqliyyat qovşağlarından birində - Binəqədi şossesi Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişdiyi nöqtədəyik. Bu gündən etibarən ərazidə nəqliyyatın hərəkətində qısamüddətli məhdudiyyət tətbiq olunub. Səbəb isə yol örtüyünün yenilənməsi və təmir-bərpa işləridir.

 

TİTR: SORĞU:

SİNXRON: Yolumuz rahat olacaq. Çala-çürük olmayacaq. Rahat gedib gələcəyik.

SİNXRON: Qabaqdan qış gəlir. Lazımdır. Yolların hamsının üstü açıqdır. Düzəlir də.

 

K.A: Ərazidəki təmir səbəbindən bəzi marşrutların da hərəkət istiqaməti dəyişdirilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, dəyişiklik 8 müntəzəm marşrut xəttini əhatə edir.

 

QRAFİKA:

HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLƏN MARŞRUT XƏTTLƏRİ:

100, 108A, 108B, 123, 133, 147, 165, 179

 

K.A: Dəyişikliyə əsasən, 100, 108B, 123, 133, 165 və 179 nömrəli marşrutların "Azadlıq prospekti" metro stansiyası və əks istiqamətdə hərəkəti Biney Qazi, Gülməmməd Ramazanov, 10 May, Araz, Ozan, Telman Kəlbiyev və Zəngəzur küçələri, eləcə də Binəqədi şosesi ilə təşkil olunur.

 

QRAFİKA 2:

HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLƏN MARŞRUT XƏTTLƏRİ:

100, 108B, 123, 133, 165, 179

 

K.A: 108A və 147 nömrəli xətlər üzrə isə avtobuslar "Azadlıq prospekti" metrostansiyası istiqamətində 28 May, Məmməd Araz, 1-ci Göl kənarı küçələri, Ziya Bünyadov və Azadlıq prospektləri, həmçinin Çingiz Aytmatov küçəsi ilə hərəkət edir.

 

QRAFİKA 3:

HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLƏN MARŞRUT XƏTTLƏRİ: 

108A, 147

 

K.A: Eyni nömrəli marşrutlar əks istiqamətdə isə Çingiz Aytmatov, Şövkət Məmmədova, Əcəmi Naxçıvani küçələri, Atatürk və Ziya Bünyadov prospektləri, eləcə də 1-ci Göl kənarı, Məmməd Araz və 28 May küçələrindən keçməklə əvvəlki xəttinə birləşir. Təmir işlərinin nə vaxt yekunlaşacağına gəlincə isə, 

 

TELEFON BAĞLANTISI: ANAR NƏCƏFLİ

 

SİNXRON: Təmir işlərinin bazar ertəsinə qədər yekunlaşdırılması və həmin gündən etibarən yolda tətbiq olunan hərəkət məhdudiyyətinin aradan qaldırılması nəzərdə tutulur. Sürücülərdən müvəqqəti hərəkət sxeminə uyğun hərəkət etmələri, yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

 

K.A: Analoji təmir-bərpa işləri paytaxtın Sabunçu rayonunda, Zabrat- Maştağa yolunda da aparılır. Zabrat dairəsindən Elşən Məhərrəmli küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Əks istiqamətdə isə məhdudiyyət oktyabrın 19-u tətbiq olunacaq. 

 

LALƏ QAFAROVA, RÜSTƏM ABDULLAYEV, AZTV XƏBƏR

 

#gündəm #azərbaycan #baki #yollarında
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər