00:00:00
Yazar
Admin User
23.08.2023 17:43 366 2 dəq oxuma
Sosial

Paytaxtda tıxac problemi - ÇIXIŞ YOLLARI

Paytaxtda tıxac problemi - ÇIXIŞ YOLLARI

Təhsil ocaqları bağlı olsa belə, paytaxtda hələ də bitməyən tıxaclar müşahidə olunur. Paytaxtdakı tıxacların səbəbi təhsil ocaqları idi? Bu tıxacların həll yolu varmı?

 

Bu barədə "İnformator.az"a məlumat verən Rauf Ağamirzəyevin sözlərinə görə, tıxacın səbəbini təhsil ocaqlarına bağlamaq düzgün deyil və tıxacı ortadan qaldırmaq üçün bir sıra islahatlar keçirilməlidir: "Tıxacın səbəbini axtaranda bunlardan biri də təhsil ocaqlarının yanında olan xaotik vəziyyət idi. Amma bunun həlli üçün ilk öncə səbəbini araşdırmaq lazımdır. Səbəblər mobilliyin bu günə kimi necə təşkil olunmasıdır, hansı çeşidli növlərimiz var, həmçinin yol hərəkətinin təşkili necədir?. Bu suallara cavab tapmalıyıq. Mobilliyin özünü də iki yerə bölə bilərik: Uzunməsafəli və Qısaməsafəli. Qısaməsafəli mobilik həlləri kimi ümumi şəhərimizdə olan səkilərimizi abadlaşdırmalıyıq ki, qısa məsafədə piyada da getmək imkanı olsun, həmçinin velozolaq təşkil olunmaqla (həmin zolaqda həm velosiped, həm də skuter) və onun yanında ictimai nəqliyyat üçün ayrılmış avtobus zolağı olmalıdır. Bizim küçələrimizdə bu şərait olduğu təqdirdə, şəhər sakini özü qərar verir.


İnsanlar qısa yolla gedə bilər, amma səkilər olmadığından və bariyerli olduğundan bu, mümkün deyil. Bu halda insanlar məcbur olub mobilliyi ya taksi ilə, ya da şəxsi nəqliyyat vasitəsi ilə təmin edir. Bu da tıxaca səbəb olan bir amildir.


İnsanların mobillik ehtiyacı var, bu günə kimi küçələrimizdə hərəkət hissələrinin genişləndirilməsi yönündə işlər görülüb - mövcud səkilərin bir hissəsi kəsilib, səkilərdə olan ağaclar kəsilib və bunların hesabına yollar genişlənib. Bu da yolun hərəkət hissələrində avtomobilləşməni stimullaşdırıb və nəticədə  tıxaca səbəb olur".


Ekspertin sözlərinə görə tıxac probleminin həlli kompleks tədbirlər planıdır: "Son zamanlar verilmiş qərarlar çeşidli istiqamətdə bu həlləri ehtiva edir. Onlardan biri də oktyabrın 1-dən qüvvəyə minəcək taksi islahatıdır. Digər islahat isə zona saatlıq parkinq sistemidir. Bu da artıq avqustun 7-dən işə düşüb, bu günə kimi olan xaotik vəziyyəti nizama salacaq. Bununla yanaşı, ayrılmış avtobus zolaqlarının şəbəkə halında ayrılması, sərt nəzarət (cərimə sanksiyalarını artırmaqla) və səkilərin abadlaşdırılması ilkin mərhələdə bugünkü vəziyyəti müsbətə doğru dəyişəcək".

 

Nigar Xəlilzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər