00:00:00
Yazar
Admin User
06.10.2023 12:22 300 1 dəq oxuma
Sosial

PAYTAXTIN ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ MÜƏLLİMLƏRİ TƏLTİF EDİLİB

PAYTAXTIN ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ MÜƏLLİMLƏRİ TƏLTİF EDİLİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə paytaxtın ümumi təhsil müəssisələrində hərbi vətənpərvərlik tərbiyəsində fərqlənən bir qrup Çağırışaqədərki hazırlıq rəhbəri təltif olunub. 

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçirdiyi tədbirdə Bakı Şəhər üzrə Təhsil İdarəsinin nümayəndələri, paytaxt məktəblərinin Çağırışaqədərki hazırlıq rəhbərləri və digər qonaqlar işeirak ediblər. 

 

Tədbirdə çıxış edən SHXÇDX aparatının Çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin aşılanmasında məktəblərin üzərinə düşən vəzifələrdən söz açıb. Bildirib ki, Vətən Müharibəsində Azərbaycan məktəbinin, müəlliminin yetişdirdiyi vətənpərvər gəncliyin savaş meydanında göstərdiyi qəhrəmanlıqlat bunun bariz nümunəsidir. F.İsmayılov qazanılan möhtəşəm Zəfərdə Çağırışaqədərki hazırlıq fənnini tədris edən müəllimlərin də böyük payı olduğunu vurğulayıb. 

 

Digər çıxış edənlər gənclərin formalaşmasında Çağırışaqədərki hazırlıq fənninin əhəmiyyətindən danışıb, xalqın gələcəyi üçün layiqli vətəndaş, Vətənə sadiq, torpaqlarımızın bütövlüyü uğrunda canından keçməyə hər an hazır olan gəncləri yetişdirən müəllimlərə təşəkkür bildiriblər. 

 

Sonda təltif olunan müəllimlər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, vətənpərvər gəncliyin yetişməsində bundan sonra da səylə çalışacaqlarını söyləyiblər. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər