00:00:00
Yazar
Admin User
05.10.2023 15:24 441 2 dəq oxuma
Sosial

Pediatrdan valideynlərə xəbərdarlıq

Pediatrdan valideynlərə xəbərdarlıq

"Uşaqlarda xəstəlik mövsümi dəyişikliyə görə baş vermir. Bu ilin hər fəsli ola bilər. Sadəcə, məktəblər, bağçalar və s. fəaliyyətə başlayıb deyə, uşaqlar bir-birinə xəstəlik yoluxdura bilirlər".
Bu sözləri informator.az-a açıqlamasında pediatr Aytən İsmayılova deyib. Onun sözlərinə görə, payız aylarında viruslar çoxalır, nəticədə burun selikli qişaları soyuq hava ilə təmasda olur, sonra burada viruslar və bakteriyalar aktivləşir. Bu da heç virus olmadan belə zökəm hallarını, yəni burun axma, öskürək kimi hallar yaranır.
"Hazırda görülən virus infeksiyaları allergiyası olan, bronxları zəif olan uşaqlarda bronxospazm, obstruktiv bronxit çox görürük və bu, vəziyyəti daha da ciddiləşdirir. İmmuniteti yaxşı olan, yəni risk qrupuna daxil olmayan uşaqlarda ağırlaşma vermir, 3 gün ərzində özü keçib gedir".
Pediatr valideynlərə məsləhət verib: "Uşaqlarda temperatur olan kimi onu tez bir şəkildə salmağa çalışmasınlar, antibiotik verməsinlər, mütləq həkim nəzarətində saxlasınlar. Əgər, uşaqda uzun müddət qızdırma varsa, gecikdirmək olmaz. Bəzən 37.5 qızdırma ciddiyə alınmır, amma bu özü də bədəndə iltihab olduğundan xəbər verir və biz mütləq qan analizi verib, dəyərlərə baxmalıyıq. Hər yüksək hərarət də antibiotikə göstəriş demək deyil. İlk gün uşaqlarda hətta 40-a qədər yüksək hərarət ola bilər, amma bir neçə ( parasetamol və s.) hərarət salıcı preparatlardan istifadə etmək doğru deyil. Bu, uşaqların qaraciyərinə ziyan vura bilər".
Müsahib, həmçinin uşaqların qidalanmasından da danışıb: "Uşaqlara paketli qidalar, makaron, kartof qızartması və s. kimi qidalar məsləhət görülmür. Uşaqların sağlam olması üçün zülalla zəngin, yəni yumurta, pendir, lobya kimi qidalardan istifadə etməsi vacibdir".

NİGAR XƏLİLZADƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər