Pedri və Klaudia Pina “Barselona” Oyunçular Mükafatını qazanıb
“Barselona”nın futbolçuları Pedri və Klaudia Pina mövsüm ərzində nümayiş etdirdikləri feir-pley və nümunəvi davranışa görə Klubun Oyunçular Assosiasiyası tərəfindən təqdim olunan “Barselona” Oyunçular Mükafatına layiq görülüblər.
Mükafatlar “Siutat Esportiva”da təşkil olunan mərasimdə Assosiasiyanın prezidenti Xuan Manuel Asensi və klub rəsmiləri tərəfindən futbolçulara təqdim edilib. Qaliblər klub və cəmiyyətə bağlılıq, həmçinin azarkeşlərə, rəqiblərə və hakimlərə hörmət meyarları əsasında Assosiasiya üzvlərinin mövsüm sonu səsverməsi ilə müəyyənləşdirilib. Pedri bu mükafatı daha əvvəl 2022-ci ildə də qazanıb. Klaudia Pina isə ilk dəfə bu ada layiq görülüb.
FC Barcelona Website
Nazim Xeyrxəbərli
