00:00:00
Yazar
Admin User
04.12.2025 08:19 100 1 dəq oxuma
İdman

Penaltidən qol buraxıb, topu hakimin başına çırpıb

Penaltidən qol buraxıb, topu hakimin başına çırpıb

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumununun futbol üzrə çempionatının final oyununda insident yaşanıb.

 

“İnformator.az” Teleqraf-a istinadən xəbər verir ki, “Ekolayf” komandasının futbolçuları “Saksan”la keçirilən həlledici görüşdə penalti zərbəsi zamanı yaranan gərginlikdən sonra meydanı tərk ediblər.

 

Matçın ikinci hissəsində “Saksan” 2:1 hesabı ilə öndə olan zaman “Ekolayf”ın qapısına 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. “Saksan” penaltini dəqiq yerinə yetirərək hesabı 3:1 edib.

 

Buna qəzəblənən “Ekolayf”ın qapıçısı topu hakimin başına çırpıb və komandanın digər üzvləri ilə birlikdə mübahisə yaradıb. Bu hərəkətinə görə qapıçı qırmızı vərəqə alıb, onun komandası isə meydanı tərk edib.

 

Qaqauziya Futbol Federasiyasının Prezidenti George Sult 3:1 hesablı nəticənin qüvvədə qaldığını açıqlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər