"Pendikspor" 2 qolla sevinib
Trendyol 1-ci Liqasının 2-ci turunda "Atko Grup Pendikspor" evdə "Bandırmaspor"u 2:0 hesabı ilə məğlub edib.
Pendik Stadionunda keçirilən görüşdə İstanbul təmsilçisi azarkeşlərini sevindirib. Qələbə qollarını 60-cı dəqiqədə Denic, 94-cü dəqiqədə isə Hüseyn Maldar vurub. Bu nəticədən sonra "Pendikspor"un xalı 4-ə yüksəlib, "Bandırmaspor" isə 1 xalda qalıb.
Mənbə: TRT Haber
Nigar Həsənzadə
