Pensiya sahəsində yenilik
Qanun layihəsi milli məclisə göndərilib
“Sosial sığorta və əhalinin pensiya təminatı haqqında” qanuna dəyişiklik ediləcək. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev yeni ildən yeni pensiya sisteminin tətbiq olunacagını bildirib.
Dəyişikliklər əsasən sosial sığorta prinsiplərinin müəyyənləşməsi, dövlət öhdəlikləri ilə sığorta-pensiya öhdəliklərinin fərqləndirilməsi, eləcə də əhaliyə əlavə pensiya təminatı imkan verən yığım komponentlərinin tətbiqi və sosial pensiya fondlarının fəaliyyətinin təşkili ilə bağlıdır. Əlilliyə və ailə başçısını itirməyə görə pensiyalar yeni əsaslarla hesablanacaq. Bu dəyişiklik yalnız yeni pensiyalara aid olunacaq. Bugünə qədər olan pensiyalar isə dəyişməyəcək.
