00:00:00
Yazar
Admin User
14.09.2023 15:49 452 2 dəq oxuma
Sosial

PENSİYALAR ARTIR

PENSİYALAR ARTIR

   Əhaliyə verilən pensiyaların məbləği artırılacaq. Yeni ildən pensiyalar təxminən 11 faizə indeksasiya olunacaq.  Pensiyalarda artım məbləğləri isə fərqli olacaq.


   Bu ilin ilk 7 ayında Azərbaycanda orta aylıq əməkhaqqı ötən illərlə müqayisədə 11,3 faiz artıb. Orta maaşın il ərzində artımı pensiyaların məbləğinə də təsirsiz ötüşmür. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlara şamil olunur. Milli Məclisin üzvü Vüqar Bayramov sözlərinə görə, pensiyalarda artım məbləğləri fəqli olacaq. "Yanvarda pensiya artımları, əmək pensiyası alan və məbləğindən asılı olmayaraq pensiya alan bütün vətəndaşlarımıza şamil olunacaq. Bu o deməkdir ki, nəzərə alsaq ki, Azərbaycanda orta pensiya məbləği 435 manatdır. Və orta pensiya məbləği alan vətəndaşımızın pensiyasında artım təxminən 50 manata yaxın olacaq. Məbləğdən asılı olaraq təbii ki, artım məbləğləri fərqli olacaq. Daha artıq, daha çox pensiya alan vətəndaşlarımızda yanvarda daha çox artımların olacağı gözlənilir".

   Orta aylıq əmək haqqının artması növbəti il üçün indeksasiya faizinin  yüksək olmasını  şərtləndirir. Ekspertlər bildirir, sosial ödənişlərdə artımlar zamanı infliyasiya da nəzərə alınmalıdır. Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, maaşların və pensiyaların artması paralel inflyasiya ilə də müşahidə olunur. "Yəni qiymətlər də bəziləri deyir elə təxmini o həddə, bəziləri deyir ki, ondan da çox artır. Düzdür, Mərkəzi Bankın proqnozu hələlik belədir ki, o həddə olmayacaq. Amma vəziyyətin gedişatı onu göstərir ki, inflyasiya, yəni qiyməıt artımı 11 faizdən də çox ola bilər". 
   Orta aylıq əmək haqqındakı artım faizi  həm muzdla çalışan işçilər üçün, həm də  pensiyaçılar üçün əhəmiyyətlidir. Pensiyaların indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik şəkildə  həyata keçirilir. Artımın tətbiqi üçün vətəndaşların hər hansı müraciətinə ehtiyac qalmır.

RƏQSANƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər