00:00:00
Yazar
Admin User
12.10.2023 16:18 370 1 dəq oxuma
Sosial

Pensiyalar nə qədər artacaq?

Pensiyalar nə qədər artacaq?

“Dünyada neftin qiymətinin artması, Azərbaycana müsbət təsir göstərir. Pensiya və təqaüdlərin artımı isə, dövlət büdcəsi əsasında formalaşır”.

Bu sözləri İnformator.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli söyləyib. Ekspert qeyd edir ki, artımla bağlı indidən tam rəqəm söyləmək çətindir.

“Artımın miqdarı barədə rəsmi rəqəm söyləmək üçün hələ tezdir. Amma düşünürəm ki, pensiya və təqaüdlərdə təqribi 10% artım gözlənilir”.

İqtisadçı-ekspert Eldəniz Əmirov da açıqlamasında rəsmi rəqəm söyləmək üçün hələ erkən olduğunu bildirib.

“Hər il olduğu üzrə gələn ildə minimum əmək haqqı və pensiya məbləğləri istehlak qiymətləri indeksinə uyğunlaşdırılacaq”.

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər