Pentaqonda təhlükəli maddə: əməkdaşlar təxliyə olundu
ABŞ-nin Müharibə Departamentinin binasında təhlükəli maddələrlə bağlı insident baş verib.
"İnformator.az" xəbər verir ki, Pentaqonun içərisindəki bir neçə mərtəbə və dəhliz bağlanıb, digərləri isə təxliyə olunur.
Pentaqon sözçüsü Şon Parnell Pentaqon daxilindəki sistemlərin ehtiyat tədbirləri tələb edən hava keyfiyyəti problemi aşkar etdiyini təsdiqləyib.
Pentaqon Qüvvələrinin Mühafizəsi Agentliyinin təhlükəli maddələrə cavab qrupu Arlinqton Şəhər Yanğından Mühafizə İdarəsinin köməyi ilə tədbirlər görür.