00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
29.04.2026 18:51 35 1 dəq oxuma
Media

Peşəkar təcrübədən gələn dərslər: Rafiq Həşimov gənclərlə görüşdü

Peşəkar təcrübədən gələn dərslər: Rafiq Həşimov gənclərlə görüşdü

 

"İnsan son nəfəsinə kimi öyrənir".Bu sözləri Teleradio Akademiyasının müdavimləri ilə görüşü zamanı Azərbaycan Televiziyasının aparıcısı,diktor,Əməkdar artist Rafiq Həşimov dedi.

 

Görüş zamanı qonaq media sahəsindəki fəaliyyəti, peşəkar təcrübəsi və bu istiqamətdə qazandığı bilikləri iştirakçılarla bölüşdü.


Görüş çərçivəsində gənclərin dünyagörüşünün formalaşması, nitq bacarıqlarının inkişaf etdirilməsi və yaradıcı düşüncənin genişlənməsi istiqamətində tövsiyələr səsləndirildi.Bu məqsədlə Rafiq Həşimovun müəllifi olduğu bir neçə hekayə nümunə olaraq izlənildi,həmin materiallar üzərində geniş müzakirələr aparıldı.



Rafiq Həşimov orfoepik qaydalarda diqqət edilməli məqamlardan da  danışdı.O,düzgün tələffüzün nitq mədəniyyətindəki rolunu vurğulayaraq  vacib məqamlara  toxundu.

 

Sonda müdavimləri maraqlandıran suallar cavablandırıldı,xatirə fotosu çəkildi.

Tünzalə Məhərrəmova


 

#xəbər #görüşdü #gələn #həşimov
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər