00:00:00
Yazar
Admin User
01.09.2023 13:37 329 2 dəq oxuma
Sosial

PEŞƏ TƏHSİLİNƏ MARAQ ARTIR

PEŞƏ TƏHSİLİNƏ MARAQ ARTIR

  Peşə təhsili almaq istəyənlərin sayında artım müşahidə olunur. Bunun bu qəbildən olan təhsil müəssisələrinə ayrılan plan yerlərinin sayından da görmək mümkündür. Elə mütəxəxəssislər də dövrün tələbinə uyğun peşəyə yiyələnməyi ali təhsil almaq qədər önəmli sayır.

   Müxtəlif sahələrdə çalışmaq üçün mütləq şəkildə ali təhsilə malik olmaq zəruri deyil. Müəyyən peşə ixtisası üzrə biliklər yiyələndikdən sonra da əmək fəaliyyətinə başlamaq olar. Şiriniyyatçı Jalə Sadıqova deyir ki, uşaqlıqdan həvəsi yaranan peşəsi ilə artıq 8 ildir məşğul olur. “Ali təhsil şərt deyil, ali təhsil almış biri mən, elə bir problem yarandı ki, işləyə bilmədim ixtisasım üzrə. Sənət elə bir şeydir ki, həm ömürlükdür, həm hər zaman məşgul ola bilirsiz, iş seçimi azaddır, iş saatı azaddır”.

  Peşə təhsilinin digər üstünülüyü isə iş tapmaq məsələsində özünü göstərir. Dövlət məşğul agentliyinin statistikasına görə, bu il belə müəssiələri bitirən şəxslərin 77 faizi işlə təmin olunub. DMA-nin departament rəhbəri Mehriban Rəsulova deyir ki, bu ilin ilk 7 ayı ərzində 7 mindən çox şəxs işsiz şəxs peşə hazırlığına cəlb olunub. “Onların 4 mini hazırda kursu bitirmiş şəxslərdir. Digərləri kursu davam etdirənlərdir. Həmin bu 4 min şəxsin içərisində 77 faiz əmək müqaviləsi və yaxud fərdi sahibkarlıq üçün əmək fəaliyyətinə başlayan insanlar var. Böyük bir qismi muzdlu şəkildə çalışanlardır”.

  Bu il peşə təhsili almaq istəyən şəxslər, əsasən İKT, turizm, sənaye və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük verib. Təhlillər göstərir ki, aşpaz, bərbər, dərzi kimi ənənəvi ixtisaslarla yanaşı, dövrün tələbləri ilə ayaqlaşan qrafik dizayner, kompüter operatoru, əməliyyatçı mühasib kimi peşələri seçənlərin sayı artıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimlinin sözlərinə görə, son illər peşə təhsil müəssələrinə tələbərinin marağı çoxalır. “Təsadüfi deyil ki, ötən illə müqayisə də artıq biz müraciyyət edənlərin sayında 10 faiz artım müşahidə etdik. Qeyd edim ki, peşə təhsili müəssisələrinə tələbə qəbulunu artıran amillərdən biri də müasir keyfiyyətin artmasıdır”.

   Qeyd edək ki, bu il peşə təhsil müəssisələrinə plan yerlərinin sayı ötən illə müqayisə artırılaraq 25 min 420-ə çatdırılıb. Bunlardan 18 min 290-nı dövlət sifarişli, 7 min 130-u isə ödənişli yerlərdir.

DUYĞU

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər